Mövlud Çavuşoğlu: “Türkiyə ABŞ-la birgə tezliklə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq”
Cavusoglu-7_M
Bakı. Türbət Bağırova – APA. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara hazırlıq getdiyinı açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib.

“İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orada ABŞ-ın pilotsuz aparatları və aviasiyası var. Tezliklə İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq”, – deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl İncirlik hərbi-hava bazasından ABŞ-ın silah daşıyan pilotsuz uçan aparatların havaya qaldırıldığı barədə məlumatlar yayılmışdı. Suriya ərazisi üzərində uçuşlar edən pilotsuz aparatlar sadəcə kəşfiyyat məlumatları toplamış, İŞİD-in mövqelərinə heç bir zərbə endirməmişdi.

Bazadan istifadə qaydaları çərçivəsində digər ölkələrin da pilotsuz aparatlarından istifadə oluna bilər. Təyyarələrin istifadə qaydaları ilə bağlı qərarlar isə hər dəfə Türkiyə və ABŞ-ın birgə fəaliyyəti çərçivəsində müəyyənləşdiriləcək.

Xatırladaq  ki, ABŞ uzun müddət bu bazadan İŞİD-ə qarşı əməliyyatlarda istifadə edilməsi üçün icazə almağa çalışır.

Share on Facebook0Tweet about this on TwitterEmail this to someoneShare on LinkedIn0Print this pagePin on Pinterest0Share on Google+0

Comments

comments