Ölkə
Bayılda dağılan evlərin sahiblərinə kompensasiya veriləcək
A
Bayılda dağılan evlərin sahiblərinə kompensasiya veriləcək
17:31 16.02.2018
“Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb”.

Xebernet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

İ. Kərimov Səbail İH-nə vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması tapşırıldığını bildirib: “Eyni zamanda 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb”.
Baxılıb: 45
son xəbərlər
22:3503.03.2018