Hadisə
Ağdamda zəncirvari yol qəzası
A
Ağdamda zəncirvari yol qəzası
23:09 09.02.2018
Ağdamda zəncirvari yol qəzası qeydə alınıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı “90 OF 568” qeydiyyat nömrə nişanlı maşın hərəkətdə olarkən “VAZ 2107” markalı “02 BR 552” qeydiyyat nömrəli maşınla toqquşub.

Zərbənin gücündən “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı “VAZ 2106” markalı “02 BO 763” markalı maşına çırpılıb.

Hazırda polis əməkdaşları sürücülərin kimliyini araşdırır.
Baxılıb: 46
son xəbərlər
22:3503.03.2018