Hadisə
Bakıda gəmi yandı
A
Bakıda gəmi yandı
21:35 16.02.2018
Bu gün "Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində yanğın olub.

Xebernet.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, yanan gəminin Xəzər Dəniz Gəmiçiliyinə aid olduğu bildirilir.

Hələlik hadisə yerinə yanğınsöndürənlər cəlb edilməyib.

Yanğının səbəbi bilinmir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev isə faktı təkzib edib: O bildirib ki, yanan gəmi bu quruma məxsus deyil:""Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə aid hər hansı bir gəmi yanmayıb. Hadisə qeyd olunduğu kimi "Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində baş verməyib. Yanğının baş vermə sahəsinin də Gəmiçiliyin inzibati ərazisinə hər hansı bir aidiyyatı yoxdur”.


Baxılıb: 82
son xəbərlər
22:3503.03.2018