Hadisə
Zibil yeşiyindən tapılan meyiti qadın doğrayıbmış
A
Zibil yeşiyindən tapılan meyiti qadın doğrayıbmış
12:42 17.02.2018
Fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş vəziyyətdə tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Xebernet.az DİN-ə istinadən xəbər verir ki, mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.
Baxılıb: 41
son xəbərlər
22:3503.03.2018