İdman
Azərbaycan nümayəndə heyəti Qış Olimpiadasının açılış mərasimində
A
Azərbaycan nümayəndə heyəti Qış Olimpiadasının açılış mərasimində
23:38 09.02.2018
Bu gün Cənubi Koreyanın Pyanqçanq şəhərində təşkil olunan XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub.

Oxu.Az xəbər verir ki, bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib. 

Keçiddə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak edib.

Qeyd edək ki, Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Baxılıb: 62
son xəbərlər
22:3503.03.2018