Maraqlı
Polisin xəbərdarlığına baxmadı, yenə maşının üstünə qalxdı
A
Polisin xəbərdarlığına baxmadı, yenə maşının üstünə qalxdı
01:03 10.02.2018
Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlayıb.

Xebernet.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.

İlk video yayıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür, xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.

Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, həmin xanım birinci fakta görə inzibati qaydada cərimələnib. Əgər o, bu rəqsini yenidən təkrar edibsə, deməli onun barəsində tətbiq edilən cərimədən və ictimai qınaqdan nəticə çıxarmayıb.

Vaqif Əsədovun sözlərinə görə, xanım rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Baxılıb: 41
son xəbərlər
22:3503.03.2018