Dünya
Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı
A
Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı
13:53 23.02.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müdafiə Nazirliyi ilə bağlı sərt ifadələr işlədib. 

Xebernet Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident ABŞ Müdafiə Nazirliyinin Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatından bərk qəzəblənib. Ölkə başçısı belə açıqlamanın verilməsini əxlaqsızlıq adlandırıb.

O bildirib ki, ABŞ Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadın, uşağın ölümündən narahat olmur, ancaq Afrində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin terrorçularının məhv edilməsindən narahatlıq keçirir: "Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib edir. Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri önlərinə qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”.
Baxılıb: 31
son xəbərlər
22:3503.03.2018