Dünya
Saakaşvili Ukraynaya qayıtmağa hazırdır
A
Saakaşvili Ukraynaya qayıtmağa hazırdır
00:19 25.02.2018
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni bəyanatla çıxış edib.
 
"Ölkə.Az" xəbər verir ki,  bununla bağlı o, feysbukdakı səhifəsində yazıb. O bildiirb ki, istintaq hərəkətlərinin aparılması üçün Ukraynaya qayıtmağa hazırdır.

"Mən bütün istintaq hərəkətlərini keçmək üçün Ukraynaya qayıtmağa hazıram ki, sizin "işinizin” üstünü açım”, - deyə, eks-prezident qeyd edib.

Qeyd edək ki, daha öncə Ukrayna Baş Prokurorluğu Niderland hüquq-mühafizə orqanlarına beynəlxalq hüquqi tapşırıqla müraciət etmişdi ki, Saakaşvilinin səs nümunələri götürülsün.

Xatırladaq ki, fevralın 12-də Saakaşvili Kiyevdə restoranlardan birində saxlanılıb və Polşaya deportasiya edilib. Buradan o, Niderlanda köçüb. Saakaşvilinin Ukraynaya girişi 2021-ci ilə qədər qadağan olunub.
Baxılıb: 54
son xəbərlər
22:3503.03.2018