Dünya
CNN: Trampın ABŞ-dakı populyarlıq reytinqi növbəti dəfə minimal səviyyəyə düşüb
A
CNN: Trampın ABŞ-dakı populyarlıq reytinqi növbəti dəfə minimal səviyyəyə düşüb
09:55 26.02.2018

Amerikalıların yalnız 35%-i Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini bəyənir.

“Report” TASS-a istinadən xəbər verir ki, CNN tərəfindən aparılan yeni sosial sorğunun nəticələri bunu göstərir.

Populyarlığın bu göstəricisi ötən ilin dekabrında qeydə alınan və keçən ilin yanvar ayından prezident vəzifəsini icra edən D.Trampın prezidentliyi dövründə ən aşağı nəticə olan reytinqlə eynidir.

Sorğunun nəticələrinə görə, respondentlərin 54%-i D.Trampın silah dövriyyəsi siyasətinə münasibətini bəyənmir. Eyni zamanda, rekord sayda (70%) respondent ABŞ-da odlu silah satışını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyib.

Qeyd edək ki, bu, 1993-cü ildən bu yana CNN-in keçirdiyi bütün sorğular arasında ən yüksək göstəricidir.

Baxılıb: 73
son xəbərlər
22:3503.03.2018