Maraqlı
Saakaşvilinin xanımı sabah Bakıya gəlir
A
Saakaşvilinin xanımı sabah Bakıya gəlir
14:33 26.02.2018
2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş, SOCO xeyriyyə fondunun təsisçisi və rəhbəri Sandra Elizabet Rulofs (Mixail Saakaşvilinin xanımı) Milli Fikir Mərkəzinin (MFM) dəvəti ilə fevral ayının 27-də Bakıya gələcək.

Xebernet xəbər verir ki, Rulofs 27 fevral saat 11.00-da MFM üzvləri ilə birlikdə I Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edəcək.

Elə həmin gün saat 14.00-da isə Park Inn hotelin "Dan ulduzu” zalında müəllifi olduğu "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dili tərcüməsinin təqdimatında iştirak edəcək. Saat 19.00-da isə xanım Rulofs "Caspian Plaza”nın III korpusunda 10-cu mərtəbədə mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, "Bir idealistin hekayəsi” MFM tərəfindən tərcümə olunub.

Media nümayəndələri xanım Rulofsun Fəxri Xiyaban ziyarətinə, "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilində tərcüməsinin təqdimatına və mətbuat konfransına dəvətlidirlər.
Baxılıb: 60
son xəbərlər
22:3503.03.2018