Dünya
“Afrin” hesabatı: 39 gündə 2184 terrorçu öldürülüb, 60-ı sağ yaxalanıb
A
“Afrin” hesabatı: 39 gündə 2184 terrorçu öldürülüb, 60-ı sağ yaxalanıb
13:00 28.02.2018
Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı" adlı anti-terror əməliyyatı zamanı məhv edilən terrorçuların sayı 2184-ə çatıb. 

Xebernet xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Rəsmi məlumata görə, 

39 gün müddətində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2184 terrorçusu zərərsizləşdirilib, 60-dan çox terrorçu sağ ələ keçirilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi məhv edilib. 

Əməliyyat nəticəsində 100-dən artıq kənd terrorçulardan təmizlənib. Azad edilən ərazilərdə mülki əhali arasında gizlənməyə çalışan terrorçu PKK/PYD qruplaşmasının 2 silahlısı da aşkar edilib. Çoban paltarında olan həmin terrorçular hərbçiləri hərəkət istiqamətindən yayındırmağa cəhd göstəriblər. Onlar saxlanılıb və Türkiyəyə aparılıblar.
 
Qeyd edək ki, "Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.
Baxılıb: 54
son xəbərlər
22:3503.03.2018