Ölkə
Fərhad Hacıyev nazir müavini təyin edildi
A
Fərhad Hacıyev nazir müavini təyin edildi
16:59 01.03.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının sərəncamı ilə bu vəzifədən azad olunub. 


"XeberNet" Modern.az-a istinadən bildirir ki, bu məlumatı Gənclər Fondundan təsdiqləyiblər.

Dövlət başçısının digər sərəncamı ilə Fərhad Hacıyev gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur.


Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə bu təşkilkatın Məclis sədri, 2000-ci ildə isə baş katibi seçilib. 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub. 


2001-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2002-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


 2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb. 

Baxılıb: 515
son xəbərlər
22:3503.03.2018