Hadisə
Bakıda xəstəxanada dəhşətli yanğın
A
Bakıda xəstəxanada dəhşətli yanğın
11:40 02.03.2018
Bakıda güclü yanğın baş verib.

FHN-dən Xebernet-ə verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
 
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 
Baxılıb: 64
son xəbərlər
22:3503.03.2018