Hadisə
Dəhşətli yanğında ölənlərin sayı 25-ə çatdı
A
Dəhşətli yanğında ölənlərin sayı 25-ə çatdı
14:28 02.03.2018
Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda baş verən yanğında ölənlərin sayı 25-ə çatıb.

Fövqəladə Hallar Nazirliyindən Xebernet-ə verilən məlumata görə, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
 
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Baxılıb: 72
son xəbərlər
22:3503.03.2018