Hadisə
Sumqayıtda dəhşət: bir ailədən 6 nəfərin meyiti tapıldı
A
Sumqayıtda dəhşət: bir ailədən 6 nəfərin meyiti tapıldı
13:06 05.03.2018
Sumqayıtda bir evdə 6 meyit tapılıb. onşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. 

Xebernet-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: "Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binada yaşayrmış.
 
***
 
Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar – 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.
Baxılıb: 47
son xəbərlər
22:3503.03.2018