Dünya
Rusiya təyyarəsi qəzaya düşdü: 32 nəfər ölüb
A
Rusiya təyyarəsi qəzaya düşdü: 32 nəfər ölüb
18:20 06.03.2018
Rusiyanın "An-26” təyyarəsi Suriyada eniş edərkən qəzaya uğrayıb.

Xebernet Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 32 nəfər həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə martın 6-da saat 15 radələrində Himeymim aeroportuna eniş zamanı baş verib. İlkin məlumata əsasən, təyyarənin göyərtəsindəki 26 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.

Qəzaya texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.
Baxılıb: 53
son xəbərlər
22:3503.03.2018