Maraqlı
Rusiya Nəqliyyat Nazirliyi An-148 təyyarəsinin istismarını dayandıra bilər
A
Rusiya Nəqliyyat Nazirliyi An-148 təyyarəsinin istismarını dayandıra bilər
00:01 12.02.2018
Baş vermiş qəzadan sonra "An-148" təyyarəsinin istismarının dayandırılması haqqında qərar əlavə olaraq qəbul edilə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə açıqlamasında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

"Bu qərar əlavə olaraq Hava Nəqliyyatı üzrə Federal Agentlik və Nəqliyyat Sahəsində Nəzarət üzrə Federal Xidmətin razılığı ilə şirkətin ("Saratov Hava Yolları" - Trend) rəhbərliyi tərəfindən qəbul edilə bilər", deyə Sokolov bildirib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
Baxılıb: 5
son xəbərlər
21:3516.02.2018