Hadisə
Salyanda yol qəzası - ana və oğul öldü
A
Salyanda yol qəzası - ana və oğul öldü
21:53 12.03.2018

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XeberNet "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və bir nəfər ağır bədən xəsarətləri alıb. 

Yaralı - Salyan rayonunun Yolüstü kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz İsa oğlu Qaraxanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 

Yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub. Bunlar Bakının Sulutəpə qəsəbəsinin sakinləri - 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı və onun 1987-ci il təvəllüdlü oğlu Şirəliyev Ruslan Ariz oğludur.


Faktla araşdımalara başlanılıb. 

Baxılıb: 161
son xəbərlər
22:3503.03.2018