İdman
Bakıda məşhur idmançının evi qarət olundu
A
Bakıda məşhur idmançının evi qarət olundu
14:34 12.02.2018
Bakıda məşhur xanım idmançının evi qarət olunub.

Xebernet.az criminal.az-a istinadən xəbər verir ki, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb. 

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edildi. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
 
Oğurluq edən N.İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin sevgilisidir.  
 
Məsələylə bağlı "Qafqazinfo”ya açıqlama verən Fəridə Əzizova Nicat İsrafilovun sərhəddə saxlanıldığını bildirib:

"Nicat dekabr ayında ölkədən qaçmağa çalışıb. Naxçıvandan Türkiyəyə keçmək istəyəndə sənədsiz olduğu üçün sərhəddə tutulub. 

Hazırda istintaq gedir. Onun bu işi tək etmədiyi düşünülür. Hələ ki, Kürdəxanıda saxlanılır. Ötən ilin dekabrında tapılıb, yanvarda isə Bakıya gətirilib. İstintaq işindən narazıyam, bu müddət ərzində heç bir iş görülməyib. 

Pulun qaytarılacağını deyirlər, heç kim söz vermir. Hadisədən isə 5 ay keçib”. 

Taekvandoçu N. İsrafilovun yaxın rəfiqəsinin sevgilisi olması ilə bağlı xəbərə münasibət bildirmək istəməyib.

F.Əzizovanın oğurluq edilən mənzili dövlət başçısı İlham Əliyev tərəfindən mükafat olaraq verilib. Xanım idmançı istintaqa ifadəsində də, mənzildən oğurlanan pulları Bakıda keçirilən Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları zamanı qazandığı uğuruna görə İlham Əliyev tərəfindən verildiyini deyib.

F.Əzizova 2013-cü ildə Dünya Çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 2015 Avropa Oyunlarında qazanılmış yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu oldu. 
Baxılıb: 101
son xəbərlər
22:3503.03.2018