Hadisə
Rusiyada yanğında azərbaycanlı ailə məhv oldu
A
Rusiyada yanğında azərbaycanlı ailə məhv oldu
07:31 13.02.2018

Fevralın 12-də Rusiyanın Orenburq şəhərində yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun “Ria56.ru”ya istinadən verdiyi məlumata görə, yanğın yerli vaxtla saat 13:54-də Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. 

Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb.

Eləcə də ikisi uşaq olmaqla 5 nəfər xəsarət alıb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib. 

***

 

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.
 
Bu barədə APA-nın Rusiya bürosuna Orenburqdaki Azerbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib.

Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. Əslən Masallı rayonundan olan N.Quliyevin taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğu məlum olub.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır. 

Baxılıb: 11
son xəbərlər
21:3516.02.2018