Dünya
Türkiyə ordusu Suriyada 103 terrorçunu məhv edib
A
Türkiyə ordusu Suriyada 103 terrorçunu məhv edib
08:24 13.02.2018

 Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qolu PYD-ə ağır zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Haber7.com" xəbər verib.

Xəbərdə bildirilir ki, "Zeytun budağı" əməliyyatının 24-cü günündə Türkiyə hərbçiləri Afrinin qərbindəki Məhəmmədiyyə kəndini və Amara yüksəkliyini terrorçulardan azad edib. Bununla da 51 strateji mövqe düşməndən təmizlənib.

Əməliyyat zamanı 103 terrorçu zərərsizləşdirilib.

Baxılıb: 6
son xəbərlər
21:3516.02.2018