Dünya
Qış olimpiadasının ilk qalibi - ŞİMALİ KOREYA
A
Qış olimpiadasının ilk qalibi - ŞİMALİ KOREYA
09:59 13.02.2018


Cənubi Koreyada keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində Şimali Koreya (KXDR) nümayəndə heyətinə başçılıq edən, ölkə rəhbəri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvü Kim Yo-jong oyunların açılışı zamanı göstərdiyi diplomatik səylərə görə Şimali Koreyanın beynəlxalq imicinə bənzərsiz müsbət töhfə verib. 

Qış Olimpiya oyunlarının açılışı zamanı nadir hallarda görülən fotolar dünya mətbuatının diqqət mərkəzində oldu. Xəbərnet.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşı və ailə vəziyyəti gizli saxlanan Kim Yo-jong öz təbəssümü, duruşu, sadə geyim və makiyajı, verdiyi müsbət mesajları ilə öz ölkəsini oyunların diplomatik qalibinə çevirib. Onun Cənubi Koreyaya ziyarəti, ölkə rəhbəri Mun Çje İni Şimali Koreyaya dəvət etməsi ABŞ tərəfindən birmənalı qarşılanmayıb. ABŞ mətbuatı bu ziyarəti KXDR-ın ABŞ üzərində diplomatik zəfəri kimi qiymətləndirib. 

Cəmi 3 günlük səfəri zamanı Cənubi Koreya prezidenti Mun Çje İn ilə 4 dəfə görüşən Kim Yo-jong bazar ertəsi günü özəl təyyarəsi ilə Pxenyana qayıdıb və hava limanında fəxri heyət tərəfindən qarşılanıb. 

KXDR rəhbəri Kim Çen Inın bacısı tərəfindən aparılmış diplomatik işlərdən xeyli razı qaldığı bildirilir. O, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə bildirib: "Şimali və Cənubi Koreyanın Qış Olimpiya oyunları zamanı qazandığı momentum, ortaya qoyduqları ortaq istək və iradə ilə başlanmış yaxınlaşma və dialoqu davam etdirmək, gözəl nəticələr əldə etmək çox vacibdir" 
Baxılıb: 80
son xəbərlər
22:3503.03.2018